• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
03/05/2024

Tanınmış idmançılar gənc boksçulara master-klas keçiblər “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə boks idman növü üzrə açıq məşq keçirilib. Tədbirdə beynəlxalq yarışların mükafatçıları olan tanınmış idmançılar öz taktika və texnikalarını gənc boksçulara öyrədiblər, daha sonra onlarla birgə məşq ediblər. Məşqin təşkilində məqsəd uşaq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların məşhur idmançılarla görüşünə imkan yaratmaq, gənc idmançıların texnika, taktikasını təkmilləşdirmək, eləcə də boks idman növünü təbliğ və inkişaf etdirməkdən ibarət olub.

Ətraflı
03/05/2024

Qarabağ Universiteti yeni tədris ilinə hazırlaşır.

Ətraflı
03/05/2024

Mayın 3-də Azərbaycan dili və kimya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilir.

Ətraflı